Yunanıstan son 12 ilin ən soyuq qışını yaşayır. 

Unikal.org xəbər verir ki, ölkədə 250 min insanı soyuq hava səbəbiylə işıqsız qalıb. Qar fırtınası paytaxt Afinada həyatı iflic edib.  Soyuq havadan ölənlərin sayı 4-ə yüksəlib. 

Bununla yanaşı, Yunan Meteorologiya Departamenti çovğunun həftənin sonuna qədər davam edəcəyini açıqlayıb.