Türkiyənin İstanbul şəhərinə qar yağıb.

Unikal.org "Anadolu" agentliyinə istinadən xəbər verir ki, şəhərin Asiya hissəsində, Kadıköy, Üsküdar, Maltepe kimi bölgələrdə yollar buz bağlayıb.

Şiddətli qar yağması müşahidə olunur. İstanbul Dəniz Avtobusları (İDO) bu səbəblə fəaliyyətini müvəqqəti olaraq dayandırıb.

Həmçinin çətinliklərə baxmayaraq qar yağması maraqlı və gözəl mənzərələrin ortaya çıxmasına səbəb olub. "Anadolu" agentliyinin çəkdiyi İstanbuldan qar mənzərələrini təqdim edirik.