İsrail və Fələstinin təmas xəttində yerləşən Arakib kəndi 183-cü dəfə dağılıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Nəcəf çölündə yerləşən kənd tərəflər arasında başlayan münaqişənin ilk günlərindən bəri müntəzəm olaraq zərbələrə məruz qalır.

Dəfələrlə dağıdılan kənd yenidən qurulub və məskunlaşdırılıb. Ərəb əhalinin yaşadığı kənd tərəflər arasındakı növbəti gərginlik səbəbindən 183-cü dəfə dağılıb.

Bildirilib ki, yaşayış məntəqəsi yenidən bərpa olunacaq.