Azərbaycan Respublikası Auditorlar Palatasının fəaliyyətə başlamasının 25 illiyi münasibətilə 2021-ci il 22-24 fevral tarixlərində saat 11:00-da Auditorlar Palatasında nərd yarışması keçirməsi ilə bağlı elan verib.

Unikal.org xəbər verir ki, elan qurumun rəsmi saytında yerləşdirilib. Palatanın bu qərarı sosial şəbəkə istifadəçiləri tərəfindən tənqidlə qarşılanıb.

Qeyd edək ki, elanda olan məlumata görə, yarışda I, II və III yerin qalibləri diplom və hədiyyələr ilə mükafatlandırılacaqlar.Yarışmada iştirak etmək istəyənlər 2021-ci il 20 fevral tarixinədək Auditorlar Palatasında qeydiyyatdan keçməlidirlər.