Almaniyanın Frankfurt şəhərindəki hava limanından  partlamamış İkinci Dünya Müharibəsinə aid bomba aşkarlanıb.

Unikal.org xəbər verir ki,  Frankfurt Bələdiyyəsi tərəfindən edilən açıqlamada, 500 kiloqram olduğu təxmin edilən partlamamış bombanın zərərsizləşdirildiyi bildirilib. 

Qeyd edək ki, Almaniyada İkinci Dünya müharibəsindən bəri yaşayış məntəqələrində çox sayda partlamamış bomba var. Bu bombalar mütəxəssislər tərəfindən nəzarət altında zərərsizləşdirilir.