"Terroru pisləməyənlər insanlıq dərsi verə bilməz".

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin Ankara təşkilatının konfransında çıxışı zamanı söyləyib.

"Terroru pisləməyənlər bizə insanlıq dərsi verə bilməz. Bölücü terror təşkilatını qınamayanlar bizə insanlıqdan danışa bilməz. Onlara inadla biz mücadiləmizi millətimiz üçün, millətimizlə birgə davam etdiririk. Sərhədlərimizin içində və kənarda son terrorçunu zərərsizləşdirənə qədər əməliyyatlarımız davam edəcək. Dua edirəm ki, son nəfəsimizi verənə qədər Allah bizi bu ölkəyə və millətə xidmət etmək yolundan ayırmasın", - deyə Türkiyə prezidenti bəyan edib.