UEFA Gənclər Liqasında 2020/2021 mövsümü ləğv olunub.

Unikal.org xəbər verir ki, qitə futbol qurumu koronavirus pandemiyası ilə bağlı bu addımı atıb.

Avropadakı epidemioloji vəziyyətin əlverişsiz inkişafı turnir iştirakçıları üçün maddi-texniki cəhətdən çətinlik yaratdığından bu cür qərar verilib.

Qeyd edək ki, cari mövsümdə Azərbaycanı Gənclər Liqasında "Qəbələ" təmsil etməli idi. Əyalət təmsilçisi martın 4-də 1/32 fnal mərhələsində Şimali Makedoniyanın "Şkupi" klubu ilə qarşılaşmalı idi.