Gürcüstanın baş naziri Georgi Qaxariya istefa verdiyini açıqlayıb.

Unikal.org Gürcüstan KİV-ə istinadən xəbər verir ki, Qaxariya bu barədə keçirdiyi brifinqdə məlumat verib.

O bildirib ki, hökumət komandasında kəskin fikir ayrılıqları yaranıb. İstefanın dəqiq və detallı səbəbləri isə hələlik məlum deyil.

Qeyd edək ki, Gürcüstan parlamentli respublika üsul-idarəsi siyasi sisteminə malik olduğu üçün baş nazirin istefası ilə bütövlükdə hökumət istefaya getmiş olur.