ABŞ-da milyonlarla insan elektriksiz qalıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, səbəb ekstremal hava şəraiti və şiddətli qar yağması olub. Texas, Virciniya, Oklohama, Oreqon və digər ştatlarda elektrik enerjisi kəsilib.

İnsanlar elektrik enerjisi kəsildiyinə görə həmçinin istiliksiz qalıb. Bəzi yerlərdə su borularının donması su təchizatında da problemlər yaradıb. Yolların buz bağlaması kommunikasiya və nəqliyyatın fəaliyyətini də iflic edib.