Ermənistanda daha bir məmurun qanunsuz əməlləri ortaya çıxıb.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, Sünik vilayətinin (Zəngəzur əraziləri) Mehri bölgəsinin başçısı Mxitar Zakaryanın əməlləri barə araşdırmalar başlayıb.

Belə ki, M.Zakaryan Mehri şəhərində dövlətə məxsus torpaq sahəsini icarəyə verib. İcarə müqaviləsi korrupsiya əlaqələrinə görə bazar qiymətlərindən dəfələrlə aşağı qiymətə rəsmiləşdirilib. Daha sonra isə icarəçi cərimələnib. Nəticədə dövlət büdcəsinə daxil olmalı olan 3.7 milyon dram vəsait yayındırılıb.

Araşdırmaların nəticələrinə əsasən, məmurun əməllərinə hüquqi qiymət veriləcəyi bildirilir.