Hazırda Ermənistanın Qarabağdakı son döyüşlərdəki qurbanlarının rəsmi sayı 4005 nəfərdir.

Unikal.org  xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 2020-ci il sentyabrın 27-dən 2021-ci il fevralın 13-dək döyüşlərdə ölən 3577 hərbçinin meyitinin məhkəmə-tibbi ekspertizası aparılıb. 428 nümunə DNT testi mərhələsindədir.