Gürcüstan parlamentinin keçmiş spikeri, müxalif Vahid Gürcüstan Partiyasının sədri Nino Burcanadze baş nazir Georgi Qaxariyanın istefasına münasibət bildirib.

Unikal.org Gürcüstan KİV-ə istinadən xəbər verir ki, siyasətçi Qaxariyanın istefasını məqbul hesab edib.

"Georgi Qaxariya baş nazir postundan istefası ilə "Gürcü Arzusu"nu faciədən qurtardı. Onun bu addımı hakim partiyanı fəlakətdən xilas etdi", - deyə Burcanadze bəyan edib.

Sabiq spiker həmçinin müxalifətin erkən və növbədənkənar parlament seçkiləri barədə çağırışının tək çıxış yolu olduğunu söyləyib.