Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.

Unikal.org xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Qarabağ məsələsi müzakirə mövzusu olub.

Ərdoğan Qarabağda yenidənqurma işlərində kommunikasiyanın bərpası üçün 3 ölkənin səylərinin birləşdirilə biləcəyini söyləyib. Həmçinin Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətindən razılıq ifadə olunub. Mərkəzin işini uğurla icra etdiyi, həmçinin atəşkəsin qorunması üçün bütün mövzularda ortaq cəhdlər edilməli olduğu vurğulanıb.

Həmçinin Suriya və Liviya məsələləri də müzakirə edilib.