ABŞ-da son sutka ərzində daha 68 419 nəfər koronavirusa yoluxub, 2366 pasiyent dünyasını dəyişib.

Unikal.org xəbər verir ki, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Qeyd edilib ki, ABŞ-da epidemiyanın başlanğıcından bəri 27 827 804 yoluxma halı aşkar edilib. Pandemiya qurbanlarının ümumi sayı 490 717 nəfəri ötüb.