Somalidə Əş-Şəbab terror qruplaşmasına qarşı əməliyyat keçirilib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Şabel əyalətində keçirilən əməliyyat çərçivəsində Əş-Şəbab terror qruplaşmasına mənsub olan 20 terrorçu zərərsizləşdirilib.

Əməliyyat zamanı həmçinin bir neçə əsgərin yaralandığı bildirilib. Qeyd edilib ki, bu cür əməliyyatlar davam etdiriləcək.