Böyük Britaniyada son sutka ərzində 12 057 nəfər koronavirus infeksiyasına yoluxub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Ölkə üzrə koronavirusa yoluxanların sayı 4 083 242 nəfərə çatıb.

Ötən 24 saatda daha 454 pasiyent dünyasını dəyişib. COVID-19 qurbanlarının ümumi sayı 119 387 nəfərdir. Britaniyada COVID-19-la bağlı vəziyyət hələ də kritik həddədir.