Türkiyəli iş adamı Acun Ilıcalının yeni yayıma başlayan "Exxen" platformasındakı "Bu benim masalım" serialı gözlənilən nəticəni verməyib.

Unikal.org xəbər verir ki, baş rollarında müğənni Aleyna Tilki və "Survivor 2020" qalibi Cemal Canın rol aldığı ekran işi IMDB "Star Metre" reytinq siyahısındakı 10 ballıq sistemdə cəmi 1,7 səs toplayıb. Bu, Türkiyə serialları tarixində ən aşağı göstəricidir.

Acun Ilıcalı gənclər üçün nəzərdə tutulan serialdan ümid bəslədiyi nəticəni ala bilməyib. "Bu benim masalım"ın ikinci mövsüm davam edib-etməyəcəyi isə hələlik bəlli deyil.