Türkiyənin paytaxtı Ankara şəhərində partlayış baş verib.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə Ankaranın Yenimahalle ilçəsində yaşanıb. Belə ki, yaşayış binalarından birində qaz sızması nəticəsində partlayış olub.

Nəticədə 2 sakin xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Dağıntı yaranıb. Yaşayış binası tam boşaldılıb. Polis və fövqəladə hallar qrupu bölgəni nəzarətə götürüb.