Tunisdə hava nəqliyyatı işçiləri tətilə başlayıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, "Tunusair" şirkətinin bütün aeroportlarında çalışan insanlar tətilə başlayıb. Bildirilib ki, tətil yerli vaxtla bu gün saat 12:00-da başlayacaq.

İşçilərin etiraz tətilinə başlamasına səbəb şirkətin iqtisadi imkanları ilə bağlıdır. Belə ki, şirkət iflas etməyə yaxın olduğundan fəaliyyətini dayandıra bilər. İşçilər isə iş yerini itirmək istəmir və şirkətin fəaliyyətinə davam etməsini tələb edir.

Qeyd edilib ki, yalnız sərnişinlərin daşınması deyil, həmçinin yük daşınmaları da dayandırılıb.