Türkiyə Xarici İşlər Nazirliyi Avropaya çağırış ünvanlayıb.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, sözügedən çağırış ötən il Almaniyanın Hanau şəhərində baş vermiş irqçi hücumun ildönümü ilə bağlı yayılan mesajda əks olunub.

"Bütün Avropa ölkələrini bu təhdid qarşısında səssiz qalmayaraq sülh və birgəyaşayış prinsiplərinə sahib çıxmağa dəvət edirik. Ötən il Almaniyanın Hanau şəhərində yaşanan irqçi hücumda həyatını itirən vətəndaşlarımızı və digər qurbanları rəhmətlə anırıq. Kədərli ailələrin acılarını paylaşırıq", - deyə qeyd olunub.