Ermənistan baş naziri Nikol Paşinyan hökumət strukturunda növbəti kadr dəyişiklikləri edib.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, Paşinyanın qərarına əsasən, məşhur bloqer Taron Çaxoyan Ermənistan baş nazir aparatının rəhbəri təyin edilib.

T.Çaxoyan Paşinyanın alovlu tərəfdarı kimi tanınır. O, bloqerlik fəaliyyəti zamanı hər zaman iqtidar təbliğatı aparması ilə seçilib. Qeyri-rəsmi qaynaqlara görə, T.Çaxoyan Ermənistan hakimiyyətinin "fakenews və trol-fabrik"inə rəhbərlik edir.