Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI turun daha bir oyunu keçirilib.

Unikal.org xəbər verir ki, "Qarabağ" Sumqayıtda eyniadlı komanda ilə qarşılaşıb. Görüş qolsuz heç-heçə ilə başa çatıb.

Bu nəticədən sonra xallarını 30-a çatdıran Ağdam klubu "Neftçi" ilə 1 - 2-ci yerləri bölüşdürür. Ötən tur "Qarabağ" məhz flaqmana uduzaraq, liderliyi əldən vermişdi. "Sumqayıt" isə 23 xalla 4-cü sırada qalıb.

Günün ilk matçında "Səbail" evdə "Sabah"ı 2:0 hesabı ilə yenib.

Qeyd edək ki, tura fevralın 20-də oynanılacaq "Keşlə" - "Zirə" və "Neftçi" - "Qəbələ" görüşləri ilə yekun vurulacaq.