Rusiyanın Krasnoyarsk vilayətindəki Norilsk dağ-mədən emalı fabrikində baş verən dağıntılar nəticəsində 3 nəfər ölüb.

Unikal.org xəbər verir ki, Rusiya Təhqiqat Komitəsi hadisənin baş verməsində təqsirli bilinən zavodun baş mühəndisi və daha iki məsul şəxsi saxlayıb.

Hadisə nəticəsində 3 fəhlə həlak olub, daha 5 nəfərin vəziyyəti isə ağırdır.

Fevralın 22-də Norilsk şəhərində matəm elan olunacağı bildirilir.