"ABŞ Prezidenti Cozef Bayden sələfinin İrana qarşı siyasətini dəyişdirmədi".

Unikal.org xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

"Heç nə dəyişmədi. Bayden Trampın maksimum təzyiq siyasətinin maksimum uğursuzluq siyasətinə çevrildiyini bildirir. Ancaq onlar siyasətlərini dəyişdirmədilər. Problem ABŞ-ın sanksiyalara aludə olmasındadır. Bizə vədlər deyil, fəaliyyət lazımdır. Donald Trampın prezidentliyi dövründə başlayan qanunsuzluqların təkrarlanmaması üçün davranışlarda dəyişiklik görmək istəyirik", - deyə XİN başçısı bildirib.

Onun sözlərinə görə, nüvə sazişinə uyğun olaraq hər kəs öhdəliklərini yerinə yetirən kimi ABŞ-ın da iştirakı ilə nüvə sazişinə dair danışıqlar aparılacaq.

"ABŞ-ın hərəkətlərinin (müqavilədən çıxma və sanksiyaların bərpası) bir daha baş verməməsindən necə sığortalanacağımızı və bundan necə yan keçəcəyimizi müzakirə edəcəyik".