Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində ümumi sahəsi 77 m² olan 2 otaqlı mənzilin bir otağında ev əşyaları 15 m² sahədə və qapı qismən yanıb.
Unikal.org
Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.