ABŞ-ın Florida ştatında qəribə olay baş verib. 

Unikal.org xəbər verir ki,  koronavirus əleyhinə vaksin vurdurmaq istəyən iki qadın yaşlı insan qılığında xəstəxanaya gəlib. Onlar daha tez vaksin vurdurmaq üçün özlərini yaşlı kimi təqdim edib. Lakin onların bu planı baş tutmayıb.  

Belə ki, gənc qadınların  hərəkətləri  xəstəxana işçilərinin diqqətindən qaçmayıb.  Onlar qadınları aşkar edərək polisə verib. Məlum olub ki, qadınlar ikinci dəfə peyvənd olunmaq üçün bu yoldan istifadə edib.