"Tesla" və "SpaceX"in icraçı direktoru İlon Mask son vaxtlar kriptovalyuta bazarlarındakı nüfuzu ilə məşhurlaşıb. O, profilinə hər hansı kriptovalyutanın adını yazdıqda xeyli dəyər artımına səbəb olub. Kriptovalyuta bazarındakı növbəti dəyişiklik isə İlon Maskın profil şəklini dəyişdirməsi ilə baş verib.

Unikal.org xəbər verir ki, İlon Mask Tvitterdə profil şəklini dəyişərək "Bitcoin" ilə foto yerləşdirib. Bu, "Bitcoin"in dəyərinin yenidən artmasına səbəb olub.

Qeyd edək ki, İlon Maskın tvitlərindən əvvəl 51.000 dollar səviyyəsində satılan "Bitcoin",  sonrada 56.000 dollara qədər artıb.