“Ermənistan bir subyekt olaraq dünyanın siyasi xəritəsindən silinib, yalnız fiziki xəritəsində qalıb”.

Unikal.org xəbər verir ki, bu barədə  Xocalı cəlladlarından biri, ermənilərin “qəhrəman” adlandırdığı Arşavir Qaramyan özünün “Facebook” səhifəsində yazıb.

"Ermənistandakı daxili və xarici proseslərlə bağlı beynəlxalq birliyin susqunluğu və erməni xalqına qarşı qəsdlər Ermənistanın bir subyekt olaraq dünyanın siyasi xəritəsindən silindiyini və yalnız fiziki xəritədə qaldığını göstərir. Əsas oyunçuların bir hissəsi siyasi meydanda “plan” hazırladığı bir vaxtda, digər kəsim “A planı” və “B planı”nı həyata keçirməyə hazırlaşır ”, - deyə  Arşavir qeyd edib.