Dünyada koronavirusa yoluxanların sayı 359 mindən çox artıb.

Unikal.org xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında bildirilib.

Məlumata əsasən, ötən sutka ərzində 359 488 nəfər koronavirusa yoluxub, 9075 pasiyent dünyasını dəyişib. İnfeksiyaya yoluxanların ümumi sayı 110 749 023, ölənlərin sayı isə 2 455 131 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.