Meksikanın Hərbi Hava Qüvvələrinə məxsus "Learjet" təyyarəsi qəzaya uğrayıb.

Unikal.org xəbər  verir ki,  hadisə ölkənin şərqindəki Verakrus ştatında, Xalapa şəhəri yaxınlığında qeydə alınıb. Qəza zamanı təyyarədə 7 nəfər olub. Onların hamısı qəzada həlak olublar.

Hadisə yerinə xilasedicilər və hakimiyyət nümayəndələri gəlib. Faciənin başvermə səbəbləri barədə məlumat yoxdur.