Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməldaşları 44 günlük Vətən müharibəsində iştirak edib.

Unikal.org xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) idarə heyətinin sədri Saleh Məmmədov deyib.

O bildirib ki, müharibədə əməkdaşlardan 182 nəfər iştirak edib, onlardan 10 nəfər zabit, 172 nəfər çavuş olub: “Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edən əməkdaşlarımızdan 7 nəfər yaralanıb, 1 nəfər isə itkin düşüb. Eyni zamanda əməkdaşlarımızdan 44 nəfər döyüşdə göstərdikləri şücaətlərə görə Prezident İlham Əliyev tərəfindən medallarla təltif olunublar”.