Yanvarın 31-də "Apollon"la müqavilə bağlayan Vild-Donald Gerye yeni komandasında debüt edib.

Unikal.org xəbər verir ki, haitili futbolçunun debütü əlamətdar olub. Belə ki, ərköyün Gerye ilk matçdaca qol vurub.

Cənubi Kipr çempionatının 26-cı turunun "Apollon" - "Enosis" qarşılaşmasının 69-cu dəqiqəsində "Qarabağ"ın sabiq futbolçusu hesabı açıb. Daha sonra hərəyə 1 qol vuran komandaların duelindən meydan sahibləri qalib ayrılıb - 2:1.

Limassol təmsilçisi 26 oyundan sonra 54 xalla 3-cü pillədə qərarlaşıb.