Göygöl rayonunda sərnişin daşıyan marşurut "VAZ 21-07" markalı avtomobillə toqquşub.

Unikal.org-un bölgə müxbirinin məlumata görə, hadisə rayonun Üç Təpə kəndində baş verib.

İlkin məlumata görə, qəza nəticəsində avtomaşında sərnişin olmayıb.

Belə ki, toqquşma zamanı 15 saylı marşurutun sürücüsü Gəncə şəhər sakini 1970-ci il təvəllüdlü Məmmədov Elçin Valeh oğlu və "VAZ 2107" markalı avtomobilin sürücüsü xəsarət alıb.

Yaralılardan biri Gəncə şəhərinə digər isə Göygöl rayonuna aparılıb.

Hadisə yerinə hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub. Qəzanın təfərrüatları araşdırılır. 

Famil İbrahimov