Bakıda intihar hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsində qeydə alınıb. 30-35 yaşlarında naməlum qadın qəsəbə ərazisində yerləşən çoxmərtəbəli binanın damından özünü atıb. Nəticədə o aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.