Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 78 nəfər vəfat edib.

Unikal.org xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz açıqlamasında bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 8104 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 5690, ağır xəstələr isə 1189 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 2 646 526 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 529 450 nəfər sağalıb, 28 138 nəfər isə həyatını itirib.