Korrupsiya iddiası ilə həbs edilən rusiyalı müxalifətçi Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya Almaniyadan Rusiyaya qayıdıb.

Unikal.org  “Sputnik”ə istinadən xəbər verir ki, hava limanında görüntülənən Y.Navalnaya jurnalistlərin əri ilə bağlı ünvanladıqları suallarını cavabsız qoyub.

Qeyd edək ki, o, fevralın 10-da ölkəni tərk etmişdi.

Xatırladaq ki, fevralın 2-də Moskva məhkəməsi korrupsiya iddiası ilə bağlı Aleksey Navalnını 3,5 il azadlıqdan məhrum edib. Onun ev həbsi və həbsxanada keçirdiyi vaxt nəzərə alınaraq, 2,5 il cəzaçəkmə müəssisəsində qalmasına qərar verilib.