Xalq artisti Yalçın Rzazadə Lənkəran rayonu, Liman şəhər qəbiristanlığında torpağa tapşırılıb.

Unikal.org xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri, mədəniyyət xadimləri, yerli sakinlər iştirak edib.

Qeyd edək ki, Y.Rzazadə fevralın 22-də uzun sürən xəstəlikdən 74 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
 

***

11:08

Ötən gün vəfat edən Azərbaycanın Xalq artisti Yalçın Rzazadənin dəfn ediləcəyi yer məlum olub.

Unikal.org xəbər verir ki, Xalq artisti Lənkəran rayonu, Liman qəsəbəsində torpağa tapşırılacaq. Mərhumun cənazəsi bu gün saat 12:00-da yaşadığı mənzildən götürüləcək və Lənkərana aparılacaq.

Qeyd edək ki, Y.Rzazadə fevralın 22-də uzun sürən xəstəlikdən 74 yaşında dünyasını dəyişib.