Rusiya Hərbi Dəniz Qüvvələrinin “Fort”, “Osa” və “Vulkan” raketləri ilə təchiz olunmuş “Marşal Ustinov” kreyseri Barents dənizində, Norveç ərazi sularının yaxınlığında görünüb.

Unikal.org  xarici KİV-ə istinadən xəbər verir ki, rus gəmisi atış təlimlərindən qayıdarkən qeyri-adi yol seçib və Norveçin Varyaq körfəzindəki ərazi sularının lap yaxınlığına qədər gəlib.

Qeyd edək ki, “Marşal Ustinov” Sovet dönəmində silahlanmaya qəbul edilməsinə baxmayaraq, hələ də Rusiya ordusunun ən güclü zərbə gəmilərindən biri sayılır.