Məşhur rusiyalı aktyor Dmitri Pisarenko evində ölü tapılıb.

Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib. Bildirilib ki, aktyor paytaxt Moskva şəhərinin Tverskaya küçəsindəki yaşadığı mənzildə ölü tapılıb.

D.Pisarenkonun hansı səbəbdən öldüyü məlum deyil. Araşdırmalar aparılır.

Aktyor 20-dən çox kinofilmdə müxtəlif rollara çəkilmişdir.