Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Gəncə Şəhər İcra Hakimiyyətində vətəndaşlarla görüşlər davam edir. Şəhər rəhbəri mütəmadi şəkildə onların problemləri ilə maraqlanır, şikayət və təkliflərini dinləyir.

Unikal.org xəbər verir ki, Niyazi Bayramov Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının digər məsul şəxsləri ilə birlikdə, ölkədə tədbiq edilən xüsusi karantin rejimi qaydalarına riayət edilməklə, növbəti dəfə sakinlərlə görüşüb. Müraciətlər arasında işlə təminat, müayinə, müalicə və əməliyyat, habelə qaz sızması nəticəsində zərər görər fərdi yaşayış evinin təmirinə köməklik göstərilməsi kimi məsələlər üstünlük təşkil edib.

Görüşdə iştirak edən Vətən müharibəsi iştirakçısılarının işlə təminat və müalicə məsələləri dərhal həll olunub, ehtiyacı olanlara maddi köməklik göstərilib. Səsləndirilən digər müraciətlərin də bir çoxu yerindəcə öz həllini tapıb, bəzilərinin isə araşdırılaraq qanunamüvafiq formada həll edilməsi üçün tapşırıqlar verilib.