Dünən axşam saatlarından etibarən Bakıda güclü qar müşahidə olunur.

Unikal.org xəbər verir ki, yollar və küçələrdə buzlaşma baş verdiyindən  piyadalar üçün çətin vəziyyət yaranıb. Hazırda küçələrdə az sayda insana rast gəlinir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, 2012-ci ildən sonra fevral ayında belə kəskin hava şəraiti qeydə alınmayıb.

Bu gün paytaxtdan hazırladığımız fotoreportajı təqdim edirik:

Fotolar: Müzəffər İsmayılov