İran prezidenti Həsən Ruhani ABŞ-ın İrana qarşı sanksiyaları barədə növbəti dəfə danışıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Ruhani ABŞ sanksiyalarını "iqtisadi terror" adlandırıb.

"ABŞ sanksiyaları ləğv etməlidir. Bu iqtisadi terror dayandırılmalıdır. Belə olarsa, müzakirə yolu açılar. Yeni ABŞ administrasiyası yaxşı sözlər deyib, bir neçə müsbət addım da atılıb. Amma bunlar yetərli deyil", - deyə Ruhani bəyan edib.