Yunanıstan tərəfindən ölümə tərk edilən qaçqınlar Türkiyəyə sığınıb.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi sosial şəbəkə hesabı üzərindən məlumat yayıb.

Bildirilib ki, 26 qaçqın Yunanıstan tərəfindən kiçik bir adacıqda köməksiz vəziyyətdə buraxılıb. Onlar xilas edilərək Türkiyənin Edirne şəhərinə gətiriliblər. Araşdırmalar aparılır.