Avstraliyada qandonduran cinayət hadisəsi baş verib. 

Unikal.org xəbər verir ki,  2 yaşlı qız ata və anası tərəfindən  qətlə yetirilib. Belə ki, 2 yaşlı körpənin bezini çirkləndirdiyinə görə qaynar su ilə qaynadaraq öldürüldüyü məlum olub. Cani valideynlər onu xəstəxanaya apararaq, ehtiyatsızlıqdan körpənin isti suya düşdüyünü bildiriblər. Həkimlərin səylərinə baxmayaraq, azyaşlını xilas etmək mümükün olmayıb. 

Lakin hadisənin baş vermə səbəbləri araşdırılıb.  Onun bir cinayət olduğunu qeyd edən polislər evdə bir sıra dəlillər aşkar ediblər. Daha sonra ata və ana cinayəti etiraf ediblər. 

Onlar saxlanılaraq polis bölməsinə aparılıb. Cani valideynlərin ömürlük həbs cəzasına məhkum olacaqları bildirilir.