Qırğızıstanın yeni prezidenti Sadır Japarov Moskvaya səfər edib.

Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, səfər çərçivəsində Japarovun rusiyalı həmkarı Vladimir Putinlə görüşü baş tutub. Görüşdə ikitərəfli münasibətlər, regional və qlobal məsələlər, əməkdaşlıq perspektivləri müzakirə olunub.

Sadır Japarov Putini Qırğızıstana dəvət edib.