İspaniya La Liqasında I turdan təxirə salınmış oyun keçirilib.

Unikal.org xəbər verir ki, "Barselona" evdə "Elçe" ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Kataloniya təmsilçisinin heyətində qolları 48 və 68-ci dəqiqələrdə Lionel Messi, 73-cü dəqiqədə Jordi Alba vurub.

Qeyd edək ki, bu nəticədən sonra xallarını 50-yə çatdıran "Barselona" 3-cü pilləyə yüksəlib. "Elçe" isə 21 xalla 19-cu sırada qalıb.