İndoneziyada qızıl mədəni çöküb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Mərkəzi Sulavesi əyalətində baş verib. Qanunsuz olaraq istismar edilən qızıl mədənində əmək müqaviləsi olmadan çalışan işçilər təhlükəsizlik qaydalarına riayət edilmədiyinə görə baş verən çökmədə yerin altında qalıblar.

Xilasedicilər 5 işçinin cansız bədənini dağıntılar altından çıxarıb. 6 nəfərin isə həyatı xilas edilib.