İraq parlamenti buraxıla bilər.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, parlamentin buraxılması üçün dputatlar arasında imzatoplama kampaniyası başladılıb. İndiyə kimi müxtəlif siyasi qüvvələri təmsil edən parlamentarilərin bu təşəbbüsə imza verdiyi bildirilib.

Növbəti həftəyə kimi 60 imzanın toplanması gözlənilir. Yetərsay əldə olunarsa, parlamentin buraxılması prosesi başladılacaq.

Qeyd edək ki, 329 kürsülü İraq parlamenti sünni ərəb, şiə ərəb, türkmən, kürd və xristian deputat fraksiyalarından ibarətdir.