Tim Kukun rəhbəri olduğu "Apple" şirkətinin son 6 ildə təxminən 100 şirkəti satın aldığını açıqlayıb.

Unikal.org xəbər verir ki, bunu Tim Kuk "Apple"ın illik səhmdarları toplantısında şirkətin maliyyə quruluşu barədə məlumatları paylaşarkən deyib.

Bildirib ki, bu, "Apple"ın son 6 ildə 3-4 həftədən bir hansısa şirkəti alması deməkdir. Məlumata görə,  "Apple"ın son 10 ildə ən böyük satınalması 3 milyard dollar qarşılığında şirkətlə qulaqlıq istehsalçısı Beats Electronics arasında reallaşıb.

Keçən il, 140,5 milyard dollarla 3-cü olan "Apple", Covid-19 pandemiyasından sonra marka dəyərini 87% artırmağı bacarıb.