“Pakistan Beynəlxalq Hava Yolları” şirkəti martın 14-dən Bakıdan Lahora birbaşa aviareyslər həyata keçirəcək.

Unikal.org xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb.

Məlumata görə, uçuşlar həftədə 2 dəfə yerinə yetiriləcək.

Xatırladaq ki, bu məsələ ilk dəfə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərovun Pakistanın Azərbaycandakı səfiri Bilal Haye ilə ötən ilin noyabr ayında keçirdiyi görüşdə müzakirə edilib.